Qızıl və gümüş medal alan məzunların adları açıqlanıb
17:25 - 7 Avqust 2017 tarixində dərc olunub.
Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” sərəncam imzalayıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, sərəncamla 154 məzun qızıl, 31-s isə gümüş medalla təltif olunub.
Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.