Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 yaşlı uşaq binanın 2-ci mərtəbəsindən yıxılıb

09:12 - 7 Avqust 2017 tarixində dərc olunub.
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Müəllif: