İmişli rayonu, Çaxırlı kəndində kanalda 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonu, Çaxırlı kəndində 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlu kanalda çimərkən batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.