Azərbaycan Prezidenti İlham Əliyev Ağalar Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.