Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda yataqxanada yanğın: <font color=red><b>20 nəfər təxliyə edilib</b></font>

12:16 - 11 İyul 2017 tarixində dərc olunub.

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: