Goranboyda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Goranboy rayonu,Əlirzalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı yaşayış evinin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.