Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Rusiyadan 200 tibbi soyuducu alıb

15:54 - 10 İyul 2017 tarixində dərc olunub.

 Rusiyanın "POZİS" şirkəti Azərbaycan Səhiyyə Nazirliyi üçün "XF-250-3 POZIS" markalı 200 ədəd əczaçılıq soyuducusu tədarük edib."Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu növ soyuducular müxtəlif dərman preparatları, vaksinlər, reagentlər və bioloji preparatların tibbi müəssisələrində saxlanılması üçün nəzərdə tutulub.

Qeyd edək ki, "POZİS" Azərbaycanla ümumilikdə 13 ildir əməkdaşlıq edir. Şirkət Azərbaycana 500 mln. rubl (təxminən 8,3 mln. dollar) dəyərində məhsul satıb.  

Müəllif: