Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda ev yanıb: <font color=red><b>7 yaşlı uşaq ölüb</b></font>

12:18 - 9 İyul 2017 tarixində dərc olunub.

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Müəllif: