Ucnoqta.az
www.ucnoqta.az

<b>Raket mərmisi çimərliyə düşdü<font color=red> - 5 ölü, 25 yaralı</font></b>

10:22 - 5 İyul 2017 tarixində dərc olunub.

Liviyanın paytaxtı Tripolidə çimərliyə raket mərmisinin düşməsi nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Ölkə rəsmilərinin verdiyi məlumata görə, insident Mitiq aeroporunun qarşısında yerləşən çimərliyə düşüb. Ölənlər arasında azyaşlı uşağın olduğu da bildirilir. Liviya DİN-dən verilən məlumatda isə həmin gün aeroporta yaxın ərazilərdə silahlı qruplaşmalarla döyüşlər aparıldığını qeyd edilib.

Müəllif: