Ucnoqta.az
www.ucnoqta.az

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub- <font color=red><b>FOTOLAR</b></font>

12:06 - 3 İyul 2017 tarixində dərc olunub.

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib. Mərkəzdən verilən məlumata görə, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri- topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.
Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.
Yarışa "Leon" uşaq futbol klubunun UEFA "B" lisenziyalı məşqçiləri nəzarət edib. 

Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub. 

Müəllif: