Ucnoqta.az
www.ucnoqta.az

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

14:59 - 28 İyun 2017 tarixində dərc olunub.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.Trend-in məlumatına görə, yeni qərara əsasən sanksiyaların müddəti daha 6 ay - 2018-ci il yanvarın 31-dək uzadılıb. Hazırkı sanksiya müddəti iyul ayının 31-dək uzadılmışdı. Qeyd edək ki, Aİ 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.
Müəllif: