Hacıqabul sakini Bakıda ehtiyatsızlıq nəticəsində yük avtomobilinin altında qalaraq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 27-də saat 11.00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Hacıqabul rayon sakini Xəyal Abdullayev ehtiyatsızlığı nəticəsində həmyerlisi Rauf Ağayevin idarə etdiyi "Ford" markalı yük avtomobilinin təkərinin altına düşüb.
Xəstəxanaya yerləşdirilən X. Abdullayev orada ölüb.