Ucnoqta.az
www.ucnoqta.az

Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

16:36 - 23 İyun 2017 tarixində dərc olunub.

 Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenicə kəndində baş verib.
Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub.  
Hazırda onun meytinin tapılması üçün axtarış aparılır. 

Müəllif: