Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Rusiya XİN: </font>"Dağlıq Qarabağ münaqişəsinin həlli daim Rusiya XİN-nin gündəliyində yer alır"</b>

12:25 - 22 İyun 2017 tarixində dərc olunub.

Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi daim Rusiya Xarici İşlər Nazirliyinin (XİN) gündəliyində yer alır. Trend-in məlumatına görə, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Rusiya və Fransa xarici işlər nazirlərinin iyunun 18-i Moskvada keçirilmiş görüşü zamanı Dağlıq Qarabağ məsələsinin müzakirə olunub-olunmaması barədə Trend-in ünvanladığı suala cavab verən M.Zaxarova bu məsələnin ətraflı müzakirə olunmadığını deyib.

Müəllif: