Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<font color=red> - Bu axşam</font></b>

15:53 - 21 İyun 2017 tarixində dərc olunub.

Bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonunda Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətləri rənglənəcək. Bu, "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumatda qeyd edilib. "Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Müəllif: