Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda iki avtomobil toqquşub, iki nəfər ağır xəsarət alıb

11:00 - 21 İyun 2017 tarixində dərc olunub.

Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn “Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Nissan”ın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: