Ucnoqta.az
www.ucnoqta.az

<b>Ən təhlükəli italyan mafioz saxlanıldı</b>

12:17 - 20 İyun 2017 tarixində dərc olunub.

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb. Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi. Polisin məlumatına əsasən, Antonio S. "Kontini" mafiya dəstəsinin tərkibində fəaliyyət göstərib. 2011-ci ildə Neapol məhkəməsi beynəlxalq narkotik ticarətinə və mafiya təşkilatlarında iştiraka görə mafiozun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi.

Müəllif: