Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiya-Qazaxıstan reysi yubanır<font color=red> - Təyyarə quşla toqquşub</font></b>

13:34 - 13 İyun 2017 tarixində dərc olunub.

Rusiyadan Qazaxıstana getməli olan təyyarənin uçuşu texniki səbəblərlə əlaqədar yubanıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, “Sibir” aviaşirkətinə məxsus təyyarə Novosibirskdən Almatıya uçmalı idi. Lakin uçuşdan əvvəl təyyarəyə baxış keçirildikdə təyyarənin üzərində quşla toqquşmanın izləri qeydə alınıb. Mütəxəssislər təyyarəyə hərtərəfli baxış keçirmək üçün sərnişinləri təxliyyə edib.

Müəllif: