Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyanın “S-400” kompleksi Suriyada nümayiş etdirilib</b>

12:45 - 13 İyun 2017 tarixində dərc olunub.

Rusiyanın Suriyadakı hərbi bazasında “S-400” hava hücumundan müdafiə sistemi nümayiş etdirilib. Rusiyanın “Zvezda” telekanalı “Hərbi qəbul” proqramında Rusiyanın Xmeymimdəki bazasından xüsusi reportaj yayımlayıb. Həmin reportajda “S-400” zenit-raket kompleksinin Suriyada döyüş növbətçiliyi təqdim edilib. Hərbçilər jurnalistlərə bu sistemin döyüş tapşırıqlarını yerinə yetirməsini ilk dəfə nümayiş etdiriblər. Bildirilib ki, 60 kilometrlik əraziyə daxil olan istənilən təyyarə “S-400” tərəfindən atılan raketlərlə vurula bilər. (“Report”)

Müəllif: