Ucnoqta.az
www.ucnoqta.az

<b>Nizami metrostansiyası qarşısında yeniyetmə döyülüb</b>

11:21 - 9 İyun 2017 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, insident Bakı metropoliteninin Nizami stansiyası qarşısında qeydə alınıb. 2002-ci il təvəllüdlü Zeynalov Fikrət Şöhrət oğlu mübahisə zəminində söyüş söydüyünə görə, tanımadığı şəxs tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: