Ucnoqta.az
www.ucnoqta.az

<b>Motosikletin aşması nəticəsində 3 nəfər xəsarət aldı<font color=red> - Maştağada</font></b>

10:20 - 9 İyun 2017 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində 1977-ci il təvəllüdlü Babayev Zaur Ramiz oğlunun idarə etdiyi üçtəkərli motosiklet aşıb. Nəticədə sürücü Zaur Babayev və nəqliyyat vasitəsində olan sərnişinlər – 1979-cu il təvəllüdlü Qədirov Adil Zakir oğlu və 13 yaşlı Babayev Ramiz Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Müəllif: