Ucnoqta.az
www.ucnoqta.az

<b>"London taksisi" polis əməkdaşını vurub</b>

11:04 - 7 İyun 2017 tarixində dərc olunub.

Bakıda "London taksisi" polis əməkdaşının vurub. Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb. 10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub. Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: