Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İran parlamentində bir neçə nəfər girov götürülüb</b></font>

10:54 - 7 İyun 2017 tarixində dərc olunub.

İran parlamentində bir neçə nəfər girov götürülüb. “Report” “Tasnim”a istinadən xəbər verir ki, hazırda parlamentdə atışma gedir. İran parlamentinin Tehrandan olan deputatı İlyas Həzrəti bildirib ki, iyunun 7-də ikisi avtomat “Kalaşnikov”, biri isə tapança ilə silahlanmış 3 naməlum şəxs İran parlamentinin mühafizə xidmətinin əməkdaşları ilə atışmağa başlayıb. Məlumata görə, onlar mühafizəçilərin ayaqlarına atəş açıblar. İlkin məlumata görə, 3 nəfər ayağından yaralanıb. Deputat Rəncbərzadə isə bildirib ki, hücum edənlərdən biri tutulub, yaralı mühafizəçi isə ölüb.

Müəllif: