Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtomobil təmiri sexində yanğın<font color=red> - Bakıda</font></b>

16:39 - 22 May 2017 tarixində dərc olunub.

Bakıda yanğın baş verib. Paytaxtın Xətai rayonu, Fəhlə prospektində yerləşən avtomobil təmiri sexlərindən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (APA)

Müəllif: Ucnoqta.az