Ucnoqta.az
www.ucnoqta.az

Qubada dəhşətli qətl: <font color=red><b> ər arvadının başını kəsdi</b></font>

10:53 - 20 May 2017 tarixində dərc olunub.

Quba rayonunda qətl hadisəsi qeydə alınıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Güləzi kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Ələsgərov Murad Şirinbəy oğlu həyat yoldaşı 1988-ci il təvəllüdlü Ələsgərova Ulduz Aydın qızının başını kəsərək qətlə yetirib.
Ailənin azyaşlı övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az