Ucnoqta.az
www.ucnoqta.az

Bakı-2017: <font color=red><b>Cüdo komandamız İslamiadanın qalibi oldu</b></font>

17:13 - 15 May 2017 tarixində dərc olunub.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.
Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Müəllif: Ucnoqta.az