Ucnoqta.az
www.ucnoqta.az

Bakı-2017: <font color=red><b>Azərbaycan həndbolçuları FİNALDA</b></font>

10:46 - 13 May 2017 tarixində dərc olunub.
Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol üzrə yarışlarda qadınlardan ibarət Azərbaycan yığması yarışların final mərhələsinə yüksəlib. Trend-in məlumatına görə, həndbolçularımız Özbəkistan yığması üzərində 45:25 hesablı qələbə qazanıb. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Müəllif: Ucnoqta.az