Ucnoqta.az
www.ucnoqta.az

Külək qatarların ləngiməsinə səbəb olub

09:36 - 12 May 2017 tarixində dərc olunub.
Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb. Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb: “Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”.
Müəllif: Ucnoqta.az