Ucnoqta.az
www.ucnoqta.az

ABŞ MKİ: Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi əməliyyatlar üçün təhlükə qalır

09:30 - 12 May 2017 tarixində dərc olunub.
Azərbaycan və Ermənistan arasında münasibətlərdə Dağlıq Qarabağdakı separatçı rejim səbəbindən 2016-ci ilin aprelində güclənən gərginlik, hər iki tərəfin güzəştə getməmək istəyi və daxildə təzyiqlərin artması göstərir ki, 2017-ci ildə genişmiqyaslı hərbi əməliyyatlar üçün potensial mövcuddur. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kotsun hesabatında deyilir. Onun sözlərinə görə, Azərbaycan Rusiya, İran və Qərb ilə münasibətlərdə tarazlığı qorumağa davam edəcək.
Müəllif: Ucnoqta.az