Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq</b></font>

17:02 - 11 May 2017 tarixində dərc olunub.

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli hərbi əməkdaşlıq haqda memorandum izmzalamağı planlaşdırır. Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu məsələ İstanbulda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində Türkiyənin müdafiə naziri Fikir Işıkla grücü həmkarı Levan İzoriya arasındakı görüşdə müzakirə edilib.
İnformasiyaya əsasən, görüşdən sonra L.izoriya bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri 10 gündən sonra Batumidə görüşəcək.

“Bu görüşdə biz üçtərəfli əməkdaşlıq formatını müzkirə edəcəyik. Həbir əməkdaşlığımızın keyfiyyətinin artırmaq istiqamətində memorandum imzalanacaq”, - deyə Gürcüstanın müdafiə naziri vurğulayıb.report

Müəllif: Ucnoqta.az