Ucnoqta.az
www.ucnoqta.az

<font color=red>Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib</font>

14:02 - 10 May 2017 tarixində dərc olunub.

Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşını qətlə yetirib. Bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə mayın 10-da səhər saatlarında baş verib. Qaqik Mesropyan həmkarına odlu silahdan atəş açıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, son 4 həftədə qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi ölüb.( “Report”)

Müəllif: Ucnoqta.az