Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişəcək

17:15 - 8 May 2017 tarixində dərc olunub.

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar 6-23 may tarixlərində 6, 8, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
Eyni zamanda 33 və 52 saylı marşrut xətlərinin istiqamətləri dəyişəcək. “Bu marşrut avtobuslarına alternativ hansı yollar təqdim olunubsa, bu barədə vaxtaşırı ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə M. Ağayev vurğulayıb. 

Müəllif: Ucnoqta.az