Ucnoqta.az
www.ucnoqta.az

Qarətçilər ev yiyəsinin əl-qolunu bağlayıb qızıllarını apardılar- <font color=red><b>BİLƏSUVARDA</b></font>

12:44 - 7 May 2017 tarixində dərc olunub.

Biləsuvarda quldurluq hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.

 Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.

Müəllif: Ucnoqta.az