Ucnoqta.az
www.ucnoqta.az

<b>Naməlum şəxslər Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar</b>

14:29 - 4 May 2017 tarixində dərc olunub.

Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb. Naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən "Qurani-Kərim"in nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: "Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar". Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.( "Report")

Müəllif: Ucnoqta.az