Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Cəlilabadda mikroavtobus aşaraq yanıb</b></font>

10:31 - 4 May 2017 tarixində dərc olunub.

Səkkiz sərnişin yanıq xəsarətləri alıb

Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta  ağır olduğu deyilir.
Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az