Ucnoqta.az
www.ucnoqta.az

<b>Dağıstanda baş verən zəlzələ Zaqatalada 4 bal gücündə hiss edilib</b>

14:44 - 3 May 2017 tarixində dərc olunub.

Bu gün Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - şərqdə Dağıstan ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub.  Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Müəllif: Ucnoqta.az