Ucnoqta.az
www.ucnoqta.az

QHT-lərə şad XƏBƏR - <font color=red><b>Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılıq əldə olundu</b></font>

17:11 - 29 Aprel 2017 tarixində dərc olunub.

“Hörmətli QHT rəhbərləri ! Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurası tərəfindən qrant vəsaiti olaraq Sizə ayrılmış 15 min manatadək olan vəsaitləri gələn həftədən etibarən nağd şəkildə banklardan götürə biləcəksiniz və layihələrinizin icrasına başlaya bilərsiniz”.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov açıqlama yayıb.
 Bununla bağlı daha ətraflı şəkildə KİV -ə məlumat veriləcək.
 Qeyd edək ki, bu gün  QHT-lərə Dövlət Dəstəyi Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, media rəhbərlərinin və QHT sədrlərinin iştirakı ilə görüşü keçirilib.
 
Görüşdə son zamanlar QHT-lərin hesablarına daxil olan vesaitlərdən nəğd istifadə sahəsində yaranmış problemlərin muzakirəsi aparılıb.

Müəllif: Ucnoqta.az