Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 49 yaşlı piyadanı avtomobil vurub

12:31 - 29 Aprel 2017 tarixində dərc olunub.

Bakıda 49 yaşlı piyadanı avtomobil vurub. Hadisə aprelin 29-da saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisindəki "Həyat" İstirahət Mərkəzinin qarşısında baş verib.
1968-ci il təvəllüdlü - Dadaşov Tərlan Məmmədağa oğlu istirahət mərkəzinin qarşısından keçərkən naməlum avtomobil tərəfindən vurulub. T.Dadaşov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət işi başlanılıb.trend

Müəllif: Ucnoqta.az