Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki gəmi toqquşdu:</font>15 nəfər axtarılır<font color=red> - Qara dənizdə</font></b>

16:06 - 27 Aprel 2017 tarixində dərc olunub.

Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi yük gəmisi ilə toqquşub. Hadisə Türkiyə sahilindən 29 kilometr məsafədə baş verib. Qəza yerinə Türkiyənin sahil-mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Son məlumata görə, 45 rusiyalı hərbçini xilas etmək mümkün olub. Hazırda daha 15 nəfərin axtarışları davam edir. (Trend)

Müəllif: Ucnoqta.az