Ucnoqta.az
www.ucnoqta.az

<b>Ermənistanda müəmma:<font color=red> əhali azalır, seçicilər isə "artır"</font></b>

14:42 - 27 Aprel 2017 tarixində dərc olunub.

Ermənistanın Konstitusiya Məhkəməsi "Konqres-EXP" ittifaqının aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətini müzakirə edir. AzVision.az-ın verdiyi xəbərə görə, "Konqres-EXP" ittifaqının nümayəndəsi Levon Zurabyan ölkədə əhalinin sayının getdikcə azaldığını deyib: "Seçkilərdə biz maraqlı dinamikaya malikik. Ermənistan əhalisi getdikcə azalır, lakin digər tərəfdən seçkilərdə iştirakın rəsmi sayı tədricən şişirdilir. Bu necə mümkün olur?" Zurabyan qeyd edib ki, 2008-ci ildən 2017-ci ilə qədər olan müddətdə seçicilərin siyahısında təxminin 400 min seçici artıb: "2008-2012-ci illərdə 200 mindən çox adam seçki siyahısı daxilində artıb, 2012-2017-ci illərdə isə bu proses yenidən eyni sayda baş verib. Keçirilən iki seçki müddətində ölkədə təxminən 400 min adam seçicilərin siyahısına əlavə edilib".

Müəllif: Ucnoqta.az