Ucnoqta.az
www.ucnoqta.az

<b>Vəhşi heyvanlar terrorçuları parça-parça etdi</b>

15:46 - 25 Aprel 2017 tarixində dərc olunub.

İraqın Kərkük əyalətində, çöl donuzları (qaban) anidən İŞİD terrorçularının düşərgəsinə hücum edib. Əl-Raşad bölgəsində baş verən hadisə zamanı 3 İŞİD yaraqlısı donuzlar tərəfindən parçalanıb. Terrorçular, donuzların təsərrüfat sahələrinə hücum etdiyini görəndən sonra onları qovmağa başlayıblar. Elə bu anda, özləri qəfildən hücuma məruz qalıblar. Nəticədə, çöl donuzları silahlılardan üçünü öldürüb.

Müəllif: Ucnoqta.az