Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında elektrik kabelləri yanıb

08:55 - 24 Aprel 2017 tarixində dərc olunub.
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb. Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Ucnoqta.az