Ucnoqta.az
www.ucnoqta.az

<b>Hədələnərək 720 000 ABŞ dollarlıq sənədə imza atdı<font color=red> - Bakıda</font></b>

15:35 - 20 Aprel 2017 tarixində dərc olunub.

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir. “Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Müəllif: Ucnoqta.az