Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki nəfər güllələnib

10:47 - 20 Aprel 2017 tarixində dərc olunub.
Bakıda silahlı insident olub. Ucnoqta.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb. Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Müəllif: Ucnoqta.az