Ucnoqta.az
www.ucnoqta.az

Qurban Qurbanovun anası dünyasını dəyişib

11:48 - 18 Aprel 2017 tarixində dərc olunub.

 "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanova ağır itki üz verib. 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib.  Mərhumla vida mərasimi bu gün anadan olduğu Zaqatalada keçiriləcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova anası Güləbatın xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!
report

Müəllif: Ucnoqta.az