Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsi alır- <font color=red><b> 1 mlrd. dollarlıq müqavilə</b></font>

16:10 - 14 Aprel 2017 tarixində dərc olunub.

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə "APA-Economics"ə "Silk Way Holding"dən məlumat verilib.
Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.
İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.
Müqavilənin ümumi məbləği təxminən 1 mlrd. dollar təşkil edir.

Müəllif: Ucnoqta.az