Ucnoqta.az
www.ucnoqta.az

Qubada sərnişin avtobusu aşıb: <font color=red><b>xəsarət alanlar var</b></font>

12:29 - 13 Aprel 2017 tarixində dərc olunub.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az