Ucnoqta.az
www.ucnoqta.az

<b>Türkiyədə terrorçu qruplaşmalarının 543 üzvü tutulub</b>

11:37 - 13 Aprel 2017 tarixində dərc olunub.

Türkiyənin 21 əyalətində keçirilən anti-terror əməliyyatları nəticəsində 543 şübhəli tutulub. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 412-si terrorçu PKK-nın, 131 isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər. Məlumata görə, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb. İnformasiyaya əsasən, anti-terror əməliyyatı aprelin 6-dan 12-dək keçirilib.

Müəllif: Ucnoqta.az