Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb</b>

15:32 - 12 Aprel 2017 tarixində dərc olunub.

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.Bu barədə ucnoqta.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Müəllif: Ucnoqta.az