Ucnoqta.az
www.ucnoqta.az

<b>Əhmədinejat yenə İran prezidenti ola bilər<font color=red> - Namizədliyini verdi</font></b>

12:14 - 12 Aprel 2017 tarixində dərc olunub.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad mayın 19-da keçiriləcək prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib. Trend-in məlumatına görə, M.Əhmədinejat səhər saatlarında Daxili İşlər Nazirliyinə keçmiş vitse-prezident Həmid Baqaini müşayiət etməyə gəlsə də, gözlənilmədən özünün namizədlyini qeyd etdirib. Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı. 

Müəllif: Ucnoqta.az